Ötən gecə "Mançester Siti" və "Çelsi" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarında ağır məğlubiyyətə uğrayıblar. Sport24.az "Opta Sport"a istinadən xəbər verir ki, bu, Avropa Kuboku/UEFA Çempionlar Liqası tarixində iki ingilis klubunun eyni gündə üç və ya daha çox qol fərqi ilə uduzduğu ilk haldır.
1/8 final mərhələsinin ilk oyununda PSJ "Çelsi"ni 5-2 hesabı ilə məğlub edib. "Mançester Siti" isə "Real"a 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 17-də keçiriləcək.