FİFA bu yay keçiriləcək dünya çempionatının əməliyyat büdcəsini 100 milyon dollardan çox azaldıb. Təhlükəsizlik, logistika və nəqliyyat xərcləri azaldılıb. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

 

"FİFA futbolun inkişafına mümkün qədər çox vəsait ayırmaq üçün büdcə səmərəliliyini daim nəzərdən keçirir. Bu, heç kəsi təəccübləndirməməlidir, çünki bu cür yoxlamalar bütün turnirlərdən əvvəl adi haldır. Biz heç vaxt təhlükəsizlik məsələsində heç kimə güzəştə getməyəcəyik".

 

Mətbuatda o da qeyd olunur ki, ABŞ hökuməti mundialın keçiriləcəyi stadionlarda təhlükəsizliyi təmin etmək üçün 625 milyon dollar ayırsa da, maliyyə hələ nəzərdə tutulan ünvanlara çatmayıb.

 

Qeyd edək ki, mötəbər turnirdə asayişi təxminən 5000 əməkdaş təmin edəcək.