"Roma" əfsanəvi kapitanı Françesko Totti karyerasını bitirdikdən beş il sonra rəsmi olaraq kluba qayıtmağa yaxındır. Sport24.aa xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 49 yaşlı Totti klub səfiri və məsləhətçisi vəzifəsini tutacaq. 

 

Totti rəhbərlik, akademiya və baş məşqçi arasında əlaqələndirici rolunu oynayacaq. Rəhbərliyin təyinatı martın sonunda açıqlayacağı gözlənilir. Veteran futbolçunun işə gələn mövsümdən başlayacağı bildirilir. 

 

"Roma" azarkeşləri artıq bu xəbəri sosial mediada sevinclə qarşılayıblar.