Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura start veriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki görüş baş tutacaq.
"DH Volley" UNEC-in, "Gəncə" isə "Milli Aviasiya Akademiyası"nın qonağı olacaq. Hər iki görüş saat 17:00-da start götürəcək.
Qarşılaşmalar UNEC-in və "Milli Aviasiya Akademiyası"nın idman zalında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.