Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığma səfərdə Bolqarıstanla qarşılaşacaq.

 

Görüş Plovdiv şəhərindəki "Kolodrum Arena"da, saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) uduzub. Yığma E qrupunda 3 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.