"Sabah" Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb. Sport24.az PFL-ə istinadən xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasının XXIII turunda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.
Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də "Sumqayıt"ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/23 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn "Sabah" eyni uğuru evdə təkrarlayıb.
"Sabah" Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında "Qarabağ" "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.