"Mayami Hit"in basketbolçusu Bam Adebayo "Vaşinqton Uizards"la oyunda tarixi performans göstərib. Sport24.az xəbər verir ki, komandasının 150:129 hesablı qələbəsində 83 xal toplayan 28 yaşlı basketbolçu NBA tarixində bir oyunda ən çox xal qazanan ikinci oyunçu olub.
Adebayo matçı 83 xal, 9 ribaund, 3 assist, 2 top ələ keçirmə və 2 blokla başa vuraraq əvvəlki 41 xallıq şəxsi rekordunu xeyli yaxşılaşdırıb.
Bununla o, 2006-cı ildə 81 xal toplayan Kobe Brayantı geridə qoyub. NBA tarixində bir oyunda ən çox xal rekordu isə 1962-ci ildə 100 xal toplamış Uilt Çemberleynə məxsusdur.
Adebayo həmçinin 43 sərbəst atış cəhdi və bu atışlardan qazandığı 36 xalla liqa rekordlarını da yeniləyib.