AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

8 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun "Şamaxı" – "İmişli" oyununda "İmişli" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.10;

 

9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun "Zirə" – "Kəpəz" oyununda "Kəpəz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Kəpəz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun "Neftçi" – "Turan Tovuz" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə "Neftçi" komandası 15000 manat cərimə edilsin (maddə 52.6);

 

9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun "Neftçi" – "Turan Tovuz" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);