Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı açıqlanan Bernardo Silva karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Yuventus" portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. Turin klubunun nümayəndələrinin oyunçunun meneceri ilə görüşdüyü bildirilib.
Silva ilə Türkiyənin "Qalatasaray", Portuqaliyanın "Benfika", ABŞ-nin "İnter Mayami" klubları da maraqlanır.
31 yaşlı futbolçu bu mövsüm 38 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.