Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib. Sport24.az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunub.

 

"Ordu" komandası "Neftçi"yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib.

 

"Azərreyl" isə"Murov Az Terminal"ı 3:0 hesabı ilə üstələyib.

 

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

 

Qeyd edək ki, XI tura yanvarın 29-da yekun vurulacaq.