Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, təmsilçimiz Çelenc kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb.

Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək. Bakıda Voleybol Mərkəzində keçirilən matç rəqibin inamlı qələbəsiylə yekunlaşıb. 

Cütün cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.

Qeyd edək ki, təmsilçimiz 1/32 finalda Slovakiyanın “Spartak Trnava” klubunu mübarizədən kənarlaşdırıb.

Çelenc kuboku, 1/16 final
İlk oyun, 21 noyabr
19:00. “Xarı Bülbül Şuşa” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 0:3 (20:25, 17:25, 20:25)

Bakı. Voleybol Mərkəzi