Azərbaycanın "Xilasedici" voleybol klubu heyətini gücləndirməkdə davam edir. Sport24.az xəbər verir ki, komandanın növbəti transferi türkiyəli diaqonal oyunçusu Serhat Coşkun olub.

 

O, ötən mövsümü "Rams Global Cizre Belediyespor"da keçirib, ondan əvvəl isə "Halkbank Ankara"da çıxış edib. "Halkbank Ankara" ilə Çempionlar Liqasının "Dördlər finalı"nda oynayan Serhat 3-cü yeri tutub.

 

Voleybolçu Türkiyə millisinin heyətində də iki dəfə Avropa Qızıl Liqasının ən məhsuldar oyunçusu olub.