Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Belarusda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komanda bu gün Minskə yola düşüb. Yığma altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışında 17 voleybolçu iştirak edir.
Qeyd edək ki, milli Avropa Liqasının ilk turunun oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 12-14-də Rumıniyada, üçüncü turun matçları isə iyunun 19-21-də Bakıda təşkil olunacaq.