"Qəbələ" və "Zirə"nin sabiq futbolçusu Rafael Utziq Sport24.az saytına açıqlama verib. 29 yaşlı vinger yenidən ölkəmizdə çıxış etmə ehtimalı barədə danışıb.

Braziliyalı oyunçu Azərbaycandan ona təklif olmasını inkar etməyib:

"Həmişə müəyyən söhbətlər və maraqlanan klublar olur. Lakin hazırda çıxış etdiyim ölkədə xoşbəxtəm. Buna baxmayaraq Azərbaycana qarşı böyük sevgim var. Məhz buna görə də bir gün geri qayıtmaq ehtimalını heç vaxt istisna etmirəm".

Utziq mövsümün sonunda azad agent olacağını və təklifləri dəyərləndirəcəyini söyləyib.

Qeyd edək ki, "Zirə" Rafael Utziqi ötən ilin yayında Vyetnamın "Ho Çi Minh Siti Polis" klubuna bir illik icarəyə vermişdi. Onun "qartallar"la sözləşməsinin müddəti yayda bitir.