"Bornmut"un şərəfini qoruyan Junior Krupi ilə "Çelsi" və "Arsenal" yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yazıb.
Mənbənin sözlərinə görə, hər iki klub yay "transfer pəncərəsi"ndə futbolçu üçün konkret addımlar atmağı planlaşdırır. "Bornmut" rəhbərliyi isə 19 yaşlı hücumçunu asanlıqla əldən vermək fikrində deyil və onu heyətdə saxlamağa çalışır.
Qeyd edək ki, Junior Krupi bu mövsüm "Bornmut"un heyətində 32 rəsmi matçda 13 qol vurmaqla yadda qalıb.