"Fulhem"in futbolçusu Harri Uilson Premyer liqa klubunu dəyişə bilər. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, "Everton" "Fulhem"in 28 yaşlı yarımmüdafiəçisini transfer etməkdə israrlıdır.

29 yaşlı futbolçunun London klubu ilə müqaviləsi bu ilin iyunun 30-da başa çatır. Tərəflər arasında yeni sözləşmə imzalanmadığı üçün Uilson "Everton"a azad agent statusu ilə qoşula bilər.

Qeyd edək ki, Harri Uilsonun xidmətində təkcə "Everton" maraqlı deyil. Uelsli futbolçunun transfer siyahısında "Aston Villa" ilə yanaşı, Avropanın bir sıra digər aparıcı klublarının da yer aldığı bildirilir.