Yeni mövsüm üçün heyətini komplektləşdirməyə çalışan "Turan Tovuz" klubunda futbolçu Emmanuel Hakmanın taleyi dəqiqləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Boz qurdlar" 31 yaşlı müdafiəçi ilə razılıq əldə edib.
Qərb təmsilçisi toqolu oyunçu ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, Emmanuel Hakmanın müqaviləsi yayda başa çatırdı. O, cari mövsüm Misli Premyer Liqasında 31, Bizon Azərbaycan Kubokunda 4 matçda meydanda olub. "Turan Tovuz" növbəti mövsüm UEFA Konfrans Liqasında çıxış edəcək. Komanda II təsnifat mərhələsində mübarizəyə başlayacaq.