Bu gün I Liqada sonuncu - 27-ci turunda ikinci yerin sahibi müəyyənləşir. Sport24.az xəbər verir ki, "Mingəçevir" öz meydanında "Səbail"i qonaq edir.
Qeyd edək ki, birinci liqada "gümüş" qazanan kollektiv Misli Premyer Liqasında mövsümü 11-ci pillədə başa vuran "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.
Hazırda isə "Səbail" 50 xalla 2-ci, "Mingəçevir" 48 xalla 3-cüdür. Bu görüşdə "Səbail"ə heç-heçə də sərf edir, "Mingəçevir" isə mütləq qalib gəlməlidir.
Qeyd edək ki, saat 17:00-da başlayacaq oyunda ədaləti FİFA referisi Elçin Məsiyev qoruyacaq.
17:00."Mingəçevir" – "Səbail"
Baş hakim: Elçin Məsiyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança),