"Union" yeni baş məşqçi ilə anlaşıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Berlin klubu Mauro Lustrinelli ilə ortaq məxrəcə gəlib.

 

Mütəxəssis aprel ayından bəri müvəqqəti baş məşqçi vəzifəsini icra edən Mari-Luiz Etanın yerini tutub. 34 yaşlı mütəxəssis Bundesliqa tarixinə ilk xaım baş məşqçi kimi düşüb.

 

Etanın rəhbərliyi altında "Union" iki qələbə, iki məğlubiyyət və bir heç-heçə imza atıb. Berlin komandası 39 xalla mövsümü 11-ci pillədə başa vurub. 

 

Qeyd edək ki, 50 yaşlı Lustrinelli karyerası ərzində yalnız "Tyun" və İsveçrənin 21 yaşadək milli komandasını çalışdırıb. "Tyun" onun rəhbərliyi altında cari mövsümdə İsveçrə çempionluğunu qazanıb.