İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Sport24.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "qağayılar" Yunanıstan "Olimpiakos"unda çıxış edən Kostinyanı "rənglərinə bağlamağı" planlaşdırır.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir. Bu keçidin "Brayton"a təxminən 11 milyon funt-sterlinqə başa gələcəyi gözlənilir.
Qeyd edək ki, 26 yaşlı sağ cinah müdafiəçisi cari mövsüm "Olimpiakos"un əsas heyət üzvlərindən biri olub. Portuqaliyalı futbolçu yunan klubunun heyətində bütün turnirlərdə ümumilikdə 35 matçda meydana çıxıb.