"Milan" Luka Modriçə illik 4,5 milyon avro maaşla yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

 

"Qırmızı-qaralar" 40 yaşlı xorvatiyalı ilə yola davam etmək niyyətindədir. Klubun idman direktoru İqli Tare bir müddət əvvəl mətbuata açıqlamasında yarımmüdafiəçinin daha bir mövsüm komandada qalacağına inandığını söyləmişdi. 

 

Qeyd edək ki, ötən yay "Milan"a keçən Modriçin klubla hazırkı müqaviləsi iyunun 30-da başa çatır. Yarımmüdafiəçi bu mövsüm "rossoneri"nin heyətində 36 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Modriç Xorvatiya millisinin heyətində DÇ-2026-da iştirak edəcək.