Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinə hazırlığı davam edir. Sport24.az xəbər verir ki, komandamızın təlim-məşq toplanışı iyulun 15-də başlayıb.
Hazırlıq prosesi GİN-in Voleybol Mərkəzində keçirilir. Fərid Calalovun rəhbərlik etdiyi yığmamıza ümumilikdə 14 voleybolçu cəlb olunub.
Millimiz seçmə mərhələdə Belçika və Avstriya komandaları ilə qarşılaşacaq. Yığmamız avqustun 13-də səfərdə Belçika, avqustun 16-da isə Bakıda Avstriya milliləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının təqviminə əsasən, bu mərhələnin ilk oyunları 2024-cü ilin avqust ayında keçirilib.