Bakıda Vüqar Həşimov Şahmat Fondunun təşkil etdiyi "Vugar Gashimov Open 2025" beynəlxalq turnir davam edir. Sport24.az xəbər verir ki, 6 turdan sonra dörd iştirakçı 5,5 xal toplayaraq, eyni vaxtda cədvəlin yuxarı pilləsində qərarlaşıb.
Bunlar Tunar Davudov, Şiroğlan Talıbov, Vüqar Manafov və Əhməd Əhmədzadədir.
Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən "Chess Tour Azerbaijan" layihəsinə daxil edilib. Sayca 11-ci dəfə keçirilən yarışda 6 ölkədən 206 şahmatçı iştirak edir.