28 yaşlı niderlandlı qrossmeyster Aniş Giri Səmərqənddə (Özbəkistan) başa çatan FİDE-nin açıq turnirinin - "Grand Swiss 2025"in qalibi olub. Sport24.az xəbər verir ki, Giri turnirin 11 turunda 8 xal toplayıb. Son turda o, amerikalı Hans Niemanna qalib gələ bilib.

 

Beləliklə, Giri "Namizədlər Turniri - 2025"ə vəsiqə qazanıb. "Grand Swiss"də əlavə göstəricilərə görə ikinci yeri tutan almaniyalı qrossmeyster Matias Blyubaum da sözügedən yarışa vəsiqə qazanıb.

 

Qeyd edək ki, ölkəmizi Səmərqənddə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, həmçinin Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edirlər.

 

Digər şahmatçıların hələ də "Namizədlər Turniri"nə vəsiqə qazanmaq imkanı var. Üç vəsiqənin taleyi Dünya Kuboku (31 oktyabr - 27 noyabr), biri "FİDE Circuit 2025", biri isə FİDE reytinqi vasitəsilə həll ediləcək.

 

Turnirin ümumi mükafat fondu 855 000 ABŞ dollarıdır.