Şahmat üzrə 2025-ci ildə keçiriləcək Dünya kubokunun yeri və vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, yarış oktyabrın 20-dan npyabrın 27-dək Hindistanın Qoa şəhərində təşkil ediləcək.

 

Turnirin mükafat fondu 2 milyon ABŞ dolları təşkil edəcək. Planetin 206 şahmatçısı yüksək yerlər uğrunda mübarizə aparacaq. Ölkəmizi Dünya kubokunda Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmadzadə təmsil edəcəklər.