"Vugar Gashimov Open" şahmat turnirinin qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki,  Əhməd Əhmədzadə yarışı zirvədə bitirib. 

O, 9 mümkün xaldan 8-ni toplayıb. 

 

Hərəyə 7,5 xala malik Tunar Davudov ikinci, Murad İbrahimli isə üçüncü olublar.

 

Qeyd edək ki, "Vugar Gashimov Open" turniri Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən "Chess Tour Azerbaijan" layihəsinə daxil edilib.