"Qarabağ"ın futbolçusu Kadi Borges Çempionlar Liqasında sabah "Benfika"ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:
– Hazırlaşmağa çox vaxtımız olmadı. Bu oyuna hazırıq. Hamımızın arzusu idi ki, belə yarışda iştirak edək. Üç dəfə pley-offda dayanmışıq. Bu dəfə nəhayət istəyimizə çatdıq. Sevincliyik. Ümid edirəm ki, yaxşı oyunlardan birini göstərəcəyik.
– Heyətinizdə Portuqaliya futbolunu tanıyan var. Bunun sizə köməyi dəyəcək?
– Portuqaliyada oynasalar da, bir çoxu elitada olmayıb. Hər il güclü komandalara qarşı oynayırıq və çətinliyi bilirik.
– Sabahkı oyunda fəlsəfənizi dəyişəcəksiniz?
– 17 ildir, baş məşqçi komandanın sükanı arxasındadır. Bu müddətdə demək olar, 1-2 dəfə nəsə dəyişib. Fəlsəfəmizə sadiq qalacağıq.
– Çempionlar Liqasında ilk dəfə oynayacaqsınız. Karyeranızın ən önəmli oyunu demək olar?
– Yarışın böyüklüyünü nəzərə alanda belə düşünmək olar. "Benfika" güclü klubdur, heyətində dünya səviyyəli oyunçular var. Onları yaxşı təhlil etmişik