"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub"la (Moldova) cavab matçına satılan biletlərin sayı açıqlanıb. Sport24.az "bayquşlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 5000 bilet sahibini tapıb.
Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü sabah, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.