"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Şelburn"la qarşılaşıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb.

 

"Qarabağ" 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

"Qarabağ" ilk matçda İrlandiyada rəqibini 3:0 hesabıyla məğlub edib.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

 

30 iyul

 

20:00 "Qarabağ" - "Şelburn" (İrlandiya) 1:0

Qol: Con Martin, 44 (avtoqol)

İlk oyun 3:0