"Mançester Siti"nin müdafiəçisi Vitor Reys karyerasını Portuqaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Portu" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir.

 

Bu barədə jurnalist Andre Ernan məlumat yayıb.

 

"Əjdahalar" 19 yaşlı mərkəz müdafiəçisini icarəyə götürməyi planlaşdırır. "Portu" gənc oyunçu üçün İngiltərə klubuna rəsmi təkliflə müraciət edib.

 

Qeyd edək ki, "Mançester Siti" Vitor Reysi bu ilin yanvar ayında "Palmeyras"dan transfer edib. "Sambaçı" Premyer Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.