Portuqaliyalı müdafiəçi Joao Palinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

30 yaşlı yarımmüdafiəçi mövsümün sonunda 30 milyon avroya almaq şərti ilə icarə əsasında "Bavariya"dan "Tottenhem"ə keçib.

 

Palinya ilə daha əvvəl "İnter", "Mançester Yunayted" və London "Arsenal"ının maraqlandığı bildirilirdi.

 

Portuqaliyalı yarımmüdafiəçi 2023-cü ilin yayında 51 milyon avroya "Fulhem"dən Münhen klubuna keçsə də, əsas heyətdə yerini təmin edə bilməyib.

 

Qeyd edək ki, Palinya ötən mövsüm klub və yığma səviyyəsində bütün tunirlərdə 27 oyun keçirib.