"Milan"ın sabiq yarımmüdafiəçisi Ante Rebiç klubunu dəyişib. Sport24.az xəbər verir ki, futbolçu "Hayduk"la bir illik müqavilə imzalayıb.

 

31 yaşlı xorvatiyalının son klubu iyulun 1-də azad agent kimi ayrıldığı "Leççe" olub. O, əvvəllər "Beşiktaş", "Ayntraxt", "Fiorentina", "Leypsiq" və "Verona"nın formasını geyinib.

 

Qeyd edək ki, Rebiç 2024/25 mövsümündə bütün turnirlərdə 27 matça çıxıb və 1 qolla yadda qalıb.