"Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya təmsilçisi ilə müqaviləsini uzatmaq istədiyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə ESPN-ə açıqlama verib:
"Mən hələ müqaviləmi yeniləməmişəm, əks halda siz jurnalistlər bundan xəbərdar olardınız. "Barselona"da hər şeydən razıyam və bildiyimə görə, klubda məndən razıdır. Ona görə də müqaviləni yeniləyəcəm".
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Kataloniya klubunun formasını geyinir. De Yonq ötən mövsüm bütün turnirlərdə 46 matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.