"Sent-Etyen" sosial şəbəkə hesabında İbrahima Vadji ilə yollarını ayırdıqlarını açıqlayıb. Sport24.az xəbər verir ki, Fransa klubu "Turan Tovuz"un yeni transferi haqda bunları yazıb:

 

"Emosiyalar üçün sonsuza qədər təşəkkür edirik, Vadji. Qoy sənin yolun layiq olduğun kimi gözəl olsun".

 

Qeyd edək ki, "Turan Tovuz" 30 yaşlı forvardla 1+1 illik müqavilə imzalayıb. Seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund" formasını geyinib.