"Tottenhem"in hücumçusu Son Xın Min London klubundan ayrılmaq istədiyini təsdiqləyib. Sport24.az xəbər verir ki, cənubi koreyalı futbolçu bu barədə "Football.london" portalına açıqlama verib:

 

"Tottenhem"dən ayrılmaq üçün icazə istədim. Qərar verildi. Mən burada əlimdən gələni etdim və indi mənə yeni çağırış lazımdır. Bu, həyatımın ən çətin qərarıdır. Mən Londonun şimalına uşaq ikən gəlmişəm və yetkin insan kimi ayrılıram. Mənə bu qədər sevgi göstərən bütün azarkeşlərə təşəkkür edirəm".

 

Qeyd edək ki, Son 2015-ci ildə "Bayer"dən  "Tottenhem"ə keçib. O, İngiltərə klubunda 454 oyun keçirib, 173 qol vurub və 101 məhsuldar ötürmə edib.