Rusiyanın "Spartak" klubu Türkiyə klublarının legioneri ilə maraqlanır. Sport24.az xəbər verir ki, Moskva təmsilçisi Aleksander Djiku və Kevin Kuestanı heyətinə qatmaq istəyir.

 

30 yaşlı Djikunun"Fənərbaxça" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

Kuesta isə 2028-ci il iyunun 30-na qədər "Qalatasaray"a məxsusdur. "Spartak" hər iki futbolçunu icarəyə götürməyi planlaşdırır. Moskvalılar Rusiya Premyer Liqasında geridə qalan 2 turda 3 xalla 16 komanda arasında 10-cu pillədədir.