İngiltərənin "Nottingem Forest" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bolonya"dan Dan Ndoyeni transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Nottingem Forest" isveçrəli vinger üçün İtaliya klubuna 40+5 milyon avro təzminat ödəyəcək. 24 yaşlı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, İsveçrə millisinin üzvü olan Dan Ndoye ötən mövsüm "Bolonya"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.