Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann bildirib ki, "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klubunda müntəzəm oyun praktikası qazanacağı halda 2026-cı il dünya çempionatına gedəcək. Sport24.az xəbər verir ki, o, bu barədə "As" nəşrinə açıqlama verib:

 

"Əgər o, sağlamdırsa və klubda oynayırsa, bizim bir nömrəmizdir. Dekabr ayına qədər Mark yenidən yaşıl meydanlara dönməlidir. Qolkiper martda böyük ehtimalla, iyunda olduğu kimi milli komandada oynayacaq".

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Barselona"nın Mark-Andre ter Ştegenə daha güvənmədiyi barədə məlumatlar yayılmışdı. Onun 2026-cı il dünya çempionatına qədər müntəzəm oyun praktikası qazanması üçün qışda başqa komandaya keçməsi ehtimalı var. Qapıçı mundialda Almaniya millisinin əsas heyətində yer almaq istəyir.