"Zirə" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyada "Hayduk"un qonağı olacaq. Sport24.az xəbər verir ki, bu gün Zirə təmsilçisi oyunun keçiriləcəyi "Poljud" stadionunda matçöncəsi son məşqinə çıxıb.

 

Qeyd edək ki, "Hayduk" - "Zirə" qarşılaşması sabah baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bakıda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.