Kişi voleybolçular arasında mübarizə aparan "Xilasedici" heyətinə yeni voleybolçu cəlb edib. Sport24.az xəbər verir ki, son mövsümün bürünc mükafatçısı Azərbaycan millisinin toppaylayıcısı Roman Qurskini transfer edib.
Ötən mövsümü Macarıstan çempionatında çıxış edən "Qrinplan"da keçirən Roman karyerası ərzində Moskva CSKA-da, 2021/22 mövsümündə isə "Murov"da oynayıb.
Qeyd edək ki, Azərbaycan kubokunun da qalibi olan "Xilasedici" yeni mövsümdə avrokuboklarda mübarizə aparacaq. Klub "Challenge Cup" turnirinə qatılacaq. Millimizin kapitanı Vüqar Bayramov da bu yay komandanın düşərgəsinə qoşulub.