Azərbaycan Premyer Liqasının növbəti mövsümünə Türkiyədə hazırlaşan "Turan Tovuz" növbəti yoxlama matçını keçirib. Sport24.az xəbər verir ki, təmilçimiz 1-ci Liqa təmsilçisi "Keçiörengücü" ilə qarşılaşıb.

 

90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə yekunlaşıb. "Turan Tovuz" qonşu ölkədə ilk yoxlama matçında isə "Çorum"la heç-heçəyə razı olmuşdu - 1:1.

 

Qeyd edək ki, Tovuz təmsilçisi avqustun 15-də start götürəcək çempionatın ilk turunda səfərdə "İmişli" ilə qarşılaşacaq.