"Sumqayıt"dan ayrılan futbolçu Silvanus Nimelinin yeni klubu bəlli olun. Sport24.az-ın məlumatına görə, hücumçu karyerasını Özbəkistanda davam etdirəcək.

Liberiyalı forvard "Neftçi Ferqana" komandasına keçib. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, "Sumqayıt" Nimelinin müqaviləsini iyulun 11-də qarşılıqlı razılıq əsasında ləğv etmişdi.