"Roma" yay transfer dönəmində ukraynalı hücumçu Artyom Dovbiki satmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində insayder Nikolo Skira məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, romalılar ukraynalı üçün 40 milyon avrodan başlayan təklifləri nəzərdən keçirəcək. Bildirilir ki, İngiltərə Premyer Liqasının adı açıqlanmayan bir klubu artıq hücumçuya görə İtaliya klubu ilə əlaqə saxlayıb.

 

Qeyd edək ki, Dovbik son mövsümdə İtaliya klubunun heyətində 45 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.