"Bavariya" "Liverpul"un hücumçusu Luis Diasın transferini bitirib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı kolumbiyalı Münhen klubu ilə 4 illik müqavilə imzalayıb. Transferin məbləğinin 75 milyon avro olduğu bildirilir.

 

Qeyd edək ki, Dias 2024/25 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə verib.