"Neftçi" heyətinə yeni oyunçu cəlb edib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Lüksemburq millisinin futbolçusu Alessio Kurçini ilə ortaq məxrəcə gəlib.

 

23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, Kurçinin son klubu "Francs Borains" (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.