Qadın futbolçulardan ibarət "Neftçi" klubu bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" I təsnifat mərhələsinin IV qrupunda Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi ilə Albaniyanın paytaxtı Tiranada oynayacaq.
Qeyd edək ki, "Neftçi" qalib gələcəyi halda, növbəti görüşdə "Kiryat"la (İsrail) üz-üzə gələcək. Bu matçda qələbə qazanacaq kollektiv II təsnifat mərhələsinə yüksələcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, IV qrup
30 iyul
20:00. "Fomget" (Türkiyə) - "Neftçi"
Baş hakim: Hanna Layanen (İsveç)
Tirana. "House of Football Natural Pitch" stadionu