"Gəncə" heyətinə yeni voleybolçu cəlb edib. Sport24.az xəbər verir ki, "sarı-göylər" Keniya millisinin üzvü Şeron Çepçumba ilə ortaq məxrəcə gəlib.
Voleybolçunun son klubu Vyetnam təmsilçisi "Hoa chat Durc Giang Lao Cai" olub. O, daha öncə Keniya, Türkiyə və Yunanıstan klublarının şərəfini qoruyub.
"Çumba" ləqəbli voleybolçu karyerası ərzində klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub. Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.