"Barselona"nın sabiq baş məşqçisi Xavi Hernandes yaxın gələcəkdə İspaniyada işləməyi planlaşdırmır. Sport24.az xəbər verir ki, bu barədə "Marca"məlumat yayıb.

 

Mənbənin sözlərinə görə 45 yaşlı mütəxəssisə İspaniyanın bir neçə klubu tərəfindən təklif gəlsə də, hamısını geri çevirib. 

 

Xavi açıq şəkildə bildirib ki, İspaniyada yalnız "Barselona"nı çalışdırmaq istəyir və başqa yerli klubda işləmək fikrində deyil. 

 

Qeyd edək ki, İspaniyalı mütəxəssis 2023/24 mövsümünün sonunda Kataloniya təmsilçisindən ayrılıb. Ondan öncə isə Qətərin "Əl-Sədd" klubunda çalışıb.