Azərbaycan milli komandasının voleybolçusu Andrey Melnikov karyerasını ölkə xaricində davam etdirəcək. Sport24.az xəbər verir ki, 30 yaşlı idmançı Rumıniyada oynayacaq.

 

O, bu ölkənin yüksək liqa təmsilçisi olan "Korona Braşov"la anlaşıb.

 

Qeyd edək ki, Melnikov son mövsümü ölkə çempionu "Azərreyl"də keçirib.