"Real" rəsmi veb-saytı (realmadrid.com) ardıcıl onuncu ildir ki, dünya üzrə futbol klubları arasında ən çox ziyarət edilən sayt seçilib. Sport24.az xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb

 

"SimilarWeb" analitika şirkətinin məlumatına əsasən, "Real"ın veb-saytı mövsümü aylıq orta hesabla 8,7 milyon ziyarət göstəricisi ilə başa vurub.

 

Ötən mövsüm ərzində realmadrid.com rekord sayda – 86 milyon unikal ziyarətçi (sayta azı bir dəfə daxil olan istifadəçilər) qeydə alıb ki, bu da əvvəlki mövsümlə müqayisədə 9 faiz artım deməkdir.

 

Qeyd edək ki, ümumilikdə, saytda 162 milyondan çox sessiya və 449 milyon unikal səhifə baxışı qeydə alınıb.